Zakir Həsənov Şəhidlər Xiyabanını ziyarət edib

   Zakir Həsənov Şəhidlər Xiyabanını ziyarət edib
  27 Sentyabr 2022    Oxunub:879
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Şəhidlər Xiyabanını ziyarət edib.
AzVision.az xəbər verir ki, ziyarət zamanı şəhidlərimizin məzarları üzərlərinə gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.

Şəhid olan hərbi qulluqçularımızın döyüş yolu və göstərdikləri igidlikdən söhbət açılıb.

Zakir Həsənov Vətən müharibəsinin ildönümü ilə əlaqədar şəhid ailələrinə başsağlığı verib:
“Bu gün Azərbaycanda Anım Günüdür. Allah şəhidlərimizə rəhmət eləsin, yaxınlarına səbr versin”.



AzVision.az


Teqlər:





Xəbər lenti