ATƏT rəhbəri “Rus dünyasını” totalitar ideologiya adlandırıb

   ATƏT rəhbəri “Rus dünyasını” totalitar ideologiya adlandırıb
  26 Sentyabr 2022    Oxunub:635
“Rus dünyası” totalitar ideologiyadır, qeyri-insani və qəddardır və Ukraynada qalib gələ bilməz. Rusiya Ukraynada törətdiyi cinayətlərə görə beynəlxalq məsuliyyət daşımalıdır.
AzVision.az xəbər verir ki, bunu ATƏT-in hazırkı rəhbəri, Polşanın xarici işlər naziri Zbiqnev Rau deyib. Rau vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı qəddar və əsassız təcavüzü Avropa regionunda dövlətlərin dinc yanaşı yaşaması anlayışını sarsıdıb. O xatırladıb ki, Rusiya beynəlxalq humanitar hüququ, insan hüquqlarını pozur və bu, İkinci Dünya Müharibəsinin bitməsindən sonra Avropada ən böyük humanitar böhrana səbəb olub.

"Buça, Mariupol, İzyum dəhşətli cinayətlərə şahidlik edir. Bunlar öz ölkələrinin şəhərlərinin küçələrində, evlərində olan insanların işgəncə, zorlama, qətlə yetirilməsi ilə bağlı cinayətlərdir. Biz bunu xatırlamalı və bu cinayətlər haqqında danışmalıyıq”, - Rau bildirib.

"İnsan haqlarının pozulması, ATƏT-ə üzv olan dövlətlərdən birinin ordusunun nümayəndələrinin digərinin əhalisinə qarşı törətdiyi qətllər - belə bir ölkə sivil dövlətlər sırasında ola bilməz deməkdir. Necə ola bilər ki, Puşkini, Lermontovu, Çaykovskini dünyaya gətirən millət bu qədər tənəzzülə uğrayıb çarizmin, bolşevizmin təcavüzkarlıq ənənələrinə qayıtsın?

AzVision.az



Teqlər:





Xəbər lenti