Ombudsman Avropa Şurasının Baş katibi ilə görüşüb

Ombudsman Avropa Şurasının Baş katibi ilə görüşüb
  26 Sentyabr 2022    Oxunub:356
Ermənistanın təxribatları regionda dayanıqlı sülhə mane olur.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa Şurasının baş katibi Mariya Buriçlə Strasburqa rəsmi səfəri çərçivəsində keçirdiyi görüşdə məlumat verib.

Ombudsman bu il Azərbaycanda Ombudsman Aparatının 20 illiyinin qeyd olunduğunu xatırladaraq bu illər ərzində Avropa Şurası ilə əməkdaşlıqda həyata keçirilmiş çoxsaylı layihələrin təsisatın inkişafına töhfə verdiyini qeyd edib. S.Əliyeva 30 ilə yaxın müddətdə Azərbaycanın Ermənistan tərəfindən məruz qaldığı təcavüz siyasəti, o cümlədən məcburi köçkünlərin pozulmuş hüquqları barədə danışıb. O həmçinin Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 3890 azərbaycanlının taleyinin bugünədək məlum olmaması faktına da toxunub.

Bundan başqa, M.Buriç Ermənistanın işğal dövründə minaladığı ərazilər, bu baxımdan məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün yaranan çətinliklər, mina partlayışlarının səbəb olduğu insan tələfatı barədə də məlumatlandırılıb. Azərbaycan Ombudsmanı görüşdə Ermənistanın törətdiyi son təxribatların çoxsaylı insan tələfatına səbəb olduğunu, bu kimi halların regionda ədalətli və dayanıqlı sülhə maneə yaratdığını da diqqətə çatdırıb. S.Əliyeva beynəlxalq təşkilatların bu məsələdə qəti mövqe göstərəcəyinə inandığını bildirib.

AzVision.az

Teqlər:







Xəbər lenti