Putin Edvard Snoudenə Rusiya vətəndaşlığı verib

   Putin Edvard Snoudenə Rusiya vətəndaşlığı verib
  26 Sentyabr 2022    Oxunub:816
Rusiya prezidenti Vladimir Putin keçmiş CIA və NSA zabiti Edvard Snoudenə Rusiya vətəndaşlığı verib
AzVision.az xəbər verir ki, Rusiya prezidenti Snodenə vətəndaşlığın verilməsi barədə fərman imzalayıb.

2013-cü ildə Edvard Snouden Amerika kəşfiyyat orqanlarının elektron müşahidə üsulları, o cümlədən xarici ölkə liderlərinin telefonlarının qeyri-qanuni dinlənməsi barədə məlumatları ictimaiyyətə sızdırıb. Sonra keçmiş agent Rusiya da daxil olmaqla bir neçə ölkədən bir anda sığınacaq istəyərək ABŞ-ı tərk edib. 2014-cü il avqustun 1-də o, üç il müddətinə Rusiyada yaşamaq icazəsi alıb, sonradan həmin müddət uzadılıb. ABŞ-da Snouden iki maddə üzrə casusluqda ittiham olunur və onu 20 il həbs cəzası gözləyir.

AzVision.az


Teqlər:





Xəbər lenti