Britaniyadan Rusiyaya qarşı yeni sanksiyalar: Aralarında Qod Nisanov da var

   Britaniyadan Rusiyaya qarşı yeni sanksiyalar:    Aralarında Qod Nisanov da var
  26 Sentyabr 2022    Oxunub:750
Böyük Britaniya hökuməti Rusiyanın 92 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.
AzVision.az xəbər verir ki, bu barədə Britaniya XİN-i məlumat yayıb.

Sanksiya tətbiq edilmiş şəxslər arasında Kreml tərəfindən işğal olunmuş ərazilərə göndərilən 33 rusiyalı məmur, həmçinin yerli əməkdaşlar da var.

Sanksiyalar paketinə həmçinin Rusiyaya hərbi yardım dövlət şirkətlərinin idarə heyətinin 55 üzvü də daxildir. Söhbət xüsusən "Qazprombank", "Sberbank" və "Sovcombank"ın idarə heyətinin üzvlərindən gedir.

Bundan başqa, Böyük Britaniya 4 rus oliqarxa, o cümlədən sərvəti ümumilikdə 6,3 milyard funt-sterlinq qiymətləndirilən Qod Nisanova qarşı da sanksiya tətbiq edib.

Sanksiyalar Putinin sevimli PR agentliyi adlandırılan IMA Consulting-ə də təsir edib.

Qeyd edək ki, bu günə qədər Böyük Britaniya 1200-dən çox şəxsə və 120-dən çox təşkilata, o cümlədən ümumi sərvəti 130 milyard funt-sterlinqdən çox olan 120-dən çox oliqarxa sanksiya tətbiq edib.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti