İranda etirazlarda ölənlərin rəsmi sayı açıqlandı

   İranda etirazlarda ölənlərin rəsmi sayı açıqlandı
  26 Sentyabr 2022    Oxunub:673
İranda iğtişaşlarda ölənlərin rəsmi məlumata görə sayı 41-ə çatıb. İnsan haqları təşkilatları həqiqi sayın daha çox ola biləcəyini deyir.
Amnesty İnternational etirazlar başlayandan bəri ən azı 4 uşağın dövlət qüvvələri tərəfindən öldürüldüyünü bildirib.

Qeyd edək ki, sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada ölməsi İranda genişmiqyaslı etirazlara səbəb olub.

AzVision.az


Teqlər:





Xəbər lenti