Qazaxıstan Rusiya ilə sərhədin bağlanması xəbərini təkzib edib

   Qazaxıstan Rusiya ilə sərhədin bağlanması xəbərini təkzib edib
  26 Sentyabr 2022    Oxunub:685
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi öz saytında Rusiya ilə sərhəddə keçid məntəqələrinin bağlanması ilə bağlı məlumatı təkzib edib. Bu barədə “Gazeta.ru” xəbər verir.
“Sosial şəbəkələrdə və messencerlərdə Qazaxıstan-Rusiya sərhədindəki keçid məntəqələrinin guya bağlanması ilə bağlı məlumatlar yayılır. Nəzərinizə çatdırırıq ki, Qazaxıstanın bütün nəzarət-buraxılış məntəqələri normal rejimdə işləyir”, - məlumatda deyilir. Təhlükəsizlik komitəsi əlavə edib ki, sərhədin bağlanması ilə bağlı rəsmi məlumat yoxdur.

Sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib, həmin gün müvafiq fərman imzalanıb. Dövlət başçısının sözlərinə görə, qismən səfərbərlik çərçivəsində ehtiyatda olan vətəndaşlar, ilk növbədə, təcrübəsi olanlar hərbi xidmətə çağırılacaqlar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti