Rusiya Gürcüstanla sərhədə zirehli maşınları çıxardı

   Rusiya Gürcüstanla sərhədə zirehli maşınları çıxardı
  26 Sentyabr 2022    Oxunub:1647
Gürcüstan-Rusiya sərhəddinin “Yuxarı Lars” nəzarət-buraxılış məntəqəsinin Rusiyaya aid hissəsində blokpost qurmağa başlayan hərbçilərin olduğu zirehli transportyor yerləşdirilib. Bu barədə məlumat yayan “Novosti Qruziya” portalı eyniz amanda Gürscüstanın bütün gömrük postlarının xüsusi iş rejiminə keçdiyini yazır.
Telegram kanalının məlumatına görə, Gürcüstana daxil olmaq üçün növbədə çaxnaşma yaranıb. Şayiə yayılır ki, Rusiya hərbçiləri səfərbərliyə düşməmək üçün Rusiyanı tərk etməyə cəhd edən bütün kişiləri yoxlayacaqlar.

“Gürcüstanın bütün ərazisində sərhəd-keçid məntəqələrində gömrük işçilərinin sayı artırılıb, bütün məntəqələr gecə-gündüz işləyir”, - Gürcüstan Maliyyə Nazirliyinin məlumatında deyilir.

- Gürcüstandan gələn yük avtomobillərinin gömrük nəzarətindən keçirilməsi prosedurları qismən yubanır”.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan etdikdən sonra ruslarkütləvi şəkildə Gürcüstan və digər ölkələrə səyahətə başlayıblar.

Eyni zamanda Gürcüstan parlamenti onların ölkəsinin 18-55 yaş arası rus kişiləri üçün sərhədləri bağlaya biləcəyini bildirib. Hökumət isə bu məlumatı təkzib edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti