Media Reyestrinə daxil ediləcək jurnalistlərin siyahısı ictimaiyyətə açıq olacaq

   Media Reyestrinə daxil ediləcək jurnalistlərin siyahısı ictimaiyyətə açıq olacaq
  26 Sentyabr 2022    Oxunub:331
Azərbaycanda Media Reyestrinə daxil ediləcək media subyektlərinin və jurnalistlərin siyahısı ictimaiyyət üçün açıq olacaq.
AzVision.az -ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Media Reyestrinin aparılması Qaydaları”nda öz əksini tapıb.

Sənəddə qeyd edilib ki, media subyektlərinin və jurnalistlərin siyahısı istisna olmaqla, Reyestrə daxil edilmiş digər məlumatlar ictimaiyyət üçün açıq deyil.

Hüquqi və fiziki şəxslər internet informasiya ehtiyatı vasitəsilə Reyestrdəki açıq məlumatlarla tanış ola biləcəklər.

AzVision.az

Teqlər:







Xəbər lenti