Çavuşoğlu: "Putin yeni şərtlərlə Kiyevlə danışıqlara qayıtmağa hazırdır"

  Çavuşoğlu: "Putin yeni şərtlərlə Kiyevlə danışıqlara qayıtmağa hazırdır"
  26 Sentyabr 2022    Oxunub:536
Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana Kiyevlə danışıqlara qayıtmağın mümkünlüyünü deyib. Lakin bildirib ki, danışıqlar ortaya çıxan yeni şərtlərə əsasən aparıla bilər.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu danışıb. O bildirib ki, Rusiya lideri bunu Səmərqənddə ŞƏT sammiti çərçivəsində türkiyəli həmkarı ilə danışıqlarda səsləndirib. Türkiyənin xarici işlər naziri əlavə edib ki, danışıqlar məsələsi hər keçən gün daha da çətinləşir.

Daha əvvəl Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Rəcəb Tayyib Ərdoğanın Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparmağı planlaşdırdığını bildirib.

"Bizim səylərimiz onların görüşünün təşkilinə yönəlib", - türkiyəli nazir vurğulayıb.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti