Qarabağ erməniləri qıtlıq və qiymət artımlarından şikayət edirlər

   Qarabağ erməniləri qıtlıq və qiymət artımlarından şikayət edirlər
  26 Sentyabr 2022    Oxunub:811
Azərbaycanın Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti nəzarətində olan bölgələrində ciddi qiymət artımları qeydə alınıb. Ermənilərin yaşadığı Xankəndi və digər ərazilərdə bahalığın tüğyan etməsini qondarma rejimin "Ərazi iİdarəetmə və İnfrastruktur Nazirliyi"nin keçmiş əməkdaşı Seyran Mailyan bəyan edib.
O, erməni mediasına verdiyi açıqlamada qeyd edib ki, sentyabrdakı döyüşlərdən, "üç günlük müharibə"dən sonra Qarabağda qiymətlər yenidən artıb.

- Əsasən süd məhsulları və tərəvəzlərdə ciddi qiymət artımları müşahidə olunur. Süd məhsullarının bir hissəsi Gorusdan idxal edilir. Pendir istehsalı ilə bağlı problemlər yaşayan şirkətlər boşluğu süd əvəzedicisi ilə doldura bilmir. Gördüyünüz kimi son iki ildə Qarabağdakı kənd təsərrüfatına qoyulan çoxmilyonlu “sərmayələr” yumşaq desək, səmərəliliyi ilə seçilmədi. Biz ciddi iqtisadi böhran içindəyik və nədənsə "ölkə başçısı" ikirəqəmli artımdan danışır, - Mailyan ərzaq bahalığından gileylənib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Qarabağ   Ərzaq  





Xəbər lenti