"İran bizim əvəzimizə türklərlə vuruşmayacaq" - Hoxikyan

   "İran bizim əvəzimizə türklərlə vuruşmayacaq" -     Hoxikyan
  26 Sentyabr 2022    Oxunub:913
“İrana məxsus Pilotsuz Uçuş Aparatları (PUA) Türkiyə PUA- larının rəqibinə çevrilib. İran PUA-ları hazırda Rusiya silahlı qüvvələri tərəfindən fəal şəkildə istifadə olunur". AzVision.az xəbər verir ki, bunu erməni ictimai fəal, jurnalist Nairi Hoxikyan Ermənistan-İran münasibətlərinə dair məqaləsində yazıb.
"İran üçün Türkiyə və Azərbaycan regional təhlükədir. Lakin Türkiyənin Böyük Britaniya və ABŞ tərəfindən dəstəkləndiyini nəzərə alsaq, Tehranın Ankara ilə açıq münaqişəyə girmək üçün hələ kifayət qədər resursu yoxdur.

İran və Ermənistanın xarici işlər nazirləri görüşüblər
Biz İranla təhlükəsizlik baxımından əlaqələri dərinləşdirməliyik. Çünki Ermənistanın tənəzzülü İran və Rusiyanın da tənəzzülünə səbəb olacaq. Ona görə də ilk növbədə İran və Ermənistanın regional maraqları üst-üstə düşür.

Amma eyni zamanda İranın gəlib bizim əvəzimizə türklərə qarşı vuruşacağına da ümid etmək olmaz. Əsl erməni milli hökuməti İrandan zərbə və kəşfiyyat PUA-ları alacaq və onları düşmənimiz üçün ciddi başağrısı edəcək. Nikol Paşinyan gileyləndi ki, silah almağa pulumuz olsa da, bizə silah satan yoxdur. İran satır..." - Hoxikyan gileylənib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Ermənistan  





Xəbər lenti