İjevskdə məktəbdəki atışmada ölənlərin sayı artıb - YENİLƏNİB

 İjevskdə məktəbdəki atışmada ölənlərin sayı artıb -  YENİLƏNİB
  26 Sentyabr 2022    Oxunub:2264
İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı artıb.
Rusiya İstintaq Komitəsinin müstəntiqləri müəyyən edib ki, 39 nəfər yaralanıb, onlardan 11-i uşaq və 4-ü böyük olmaqla 15-i ölüb, 22-si uşaq və 2-si böyük olmaqla 24 nəfər yaralanıb.

***
Rusiyanın İjevsk şəhərindəki məktəbdə atışma baş verən atışma nəticəsində ölənlərin sayı artıb.

AzVision.az xəbər verir ki, atşma nəticəsində 13 nəfər ölüb, daha 21 nəfər xəsarət alıb. Atəş açan şəxs isə intihar edib.

Rusiyanın İstintaq Komitəsinin məlumatına görə, insidenti törədənin şəxsiyyəti məlum olub.

Bildirilir ki, sözügedən şəxs 34 yaşlı yerli sakin Artem Kazançevdir. Kazançev hadisəni törətdiyi məktəbin məzunu olub.

Hazırda hadisənin səbəbləri araşdırılır.

***
Rusiyanın İjevsk şəhərindəki məktəbində baş verən atışmada ölənlərin sayı artıb.


AzVision.azxəbər verir ki, yerli media 11 nəfərin öldüyünü, 112 nəfərin isə yaralandığını yazıb. Ölənlər şagirdlərdən səkkizinin 1-ci sinif şagirdi olduğu deyilir.

***
Rusiyada məktəbdə atışma olub. AzVision.az xəbər verir ki, İjevskin 88 saylı məktəbində naməlum şəxs insanlara atəş açıb.

Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 6 nəfər ölüb, 20 nəfər yaralanıb. İlkin məlumatlara görə, hücum edən şəxs iki Makarov tapançasından atəş açıb.

Şahidlər qeyd ediblər ki, şagirdlər qaçmaq üçün pəncərədən yerə tullanıblar. Pəncərədən atlana bilməyənlər isə sinif otaqlarında barrikada quraraq gizləniblər.

Udmurtiyanın rəhbəri Breçalovun jurnalistlərə verdiyi məlumata görə, naməlum şəxs 88 saylı məktəbə daxil olarkən ilk olaraq mühafizəçini öldürüb.

- Uşaqlar arasında yaralananlar var. Təxliyyə artıq başa çatıb. Məndə olan məlumata görə, hücum edən şəxs özünü güllələyib. Məktəb mühasirəyə alınıb, hazırda Milli Qvardiya, FSB və istintaq orqanları ərazidə işləyirlər, - Udmurtiya rəhbəri deyib.




Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Məktəb   Atışma  





Xəbər lenti