Həp ağlımızda qalacaqlar: Hamını heyran edən şagird-müəllim duetinin tarixçəsi

  Həp ağlımızda qalacaqlar:  Hamını heyran edən şagird-müəllim duetinin tarixçəsi
  26 Sentyabr 2022    Oxunub:2952
Qazax rayonu İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin direktor müavini Süleyman Həsənovla həmin məktəbin 11-ci sinif şagirdi Türkan Rəhimovanın "Elfida" mahnısını birgə ifa etməsi günlərdir sosial şəbəkələrdə böyük maraqla qarşılanır. Müəllimin şagirdi ilə dueti hər kəsin hisslərinə toxunmağı və diqqət cəlb etməyi bacarıb.
Məktəbdə fiziki tərbiyə üzrə müəllim işləyən Süleyman Həsənovun musiqiyə həvəsi gənclik illərindən var. O, AzVision.az -a müsahibəsində evdə boş vaxtlarında karaoke oxuduğunu bildirib. Türkanla birlikdə ifaları isə pandemiya dönəminə təsadüf edib:
+++- Türkan 5-ci sinifdə oxuyanda məktəb tədbirində mahnı ifa etdi. Səsi xoşuma gəldi və onu Mədəniyyət Evində Vahid müəllimin yanına apardım. Yoxladı və dedi ki, səsi var, amma üzərində işləmək lazımdır. Onun verdiyi dərslərlə Türkanın səsi düzəldi. İndi həm məktəbin, həm də rayonun bütün tədbirlərində ifa edir. Pandemiyada fəaliyyətimiz dayandı. Mən təklif etdim ki, onlayn duetlər ifa edək. Bütün mahnıları Türkan seçirdi, mən də razılaşırdım. Birlikdə belə duetlərimiz çoxdur. Həm “Tiktok”, həm də “Youtube” sosial şəbəkəsinə yükləmişəm. Hamının böyük marağına səbəb olan “Elfida” mahnısını da Türkan seçdi. Onun hekayəsi təsirli idi. Dedi “müəllim bu mahnı xərçəng xəstəsi olan uşağa yazılıb. Xəstələnən uşaqlar çoxdur. Gəl bu mahnını biz onlara həsr edək” . Və biz ifa etdik. Böyük maraqla qarşılandı.



Video məşhurlaşandan sonra Süleyman müəllimlə Türkana gələn zənglərin ardı-arası kəsilmir. Elə qonaqları da çoxalıb.

İlk duetimiz “Cənab leytenant” olub. Daha sonra “Bağdad”ı ifa etdik. Mən məhsəti türküyəm, Özbəkistanda anadan olmuşam, daha sonra Azərbaycana köçmüşük. Türkan özbək mahnılarını sevir və mən dili bildiyim üçün özbək dilində də duetimiz var. Eyni zamanda türk, rus dilində də ifalarımız çoxdur",- deyə müəllim əlavə edir.

Türkan hazırda 11-ci sinifdə oxuyur. Sənədlərini III qrupda kinoaktyorluq ixtisasına vermək istəyir. Bunu da ona Süleyman müəllim təklif edib: “Qabiliyyəti var və yaxşı sənətkar ola bilər. Onda lazım olarsa, həm oxuyar, həm də aktyorluğunu da ifa edər. Son duetimiz “İşte öyle birşey” türk mahnısıdır. İfalarımız davamlı olacaq. Amma Türkan həm də ali məktəbə hazırlaşdığı üçün onu çox yormaq istəmirəm”.

Aytən Zəhra
AzVision.az

Teqlər:







Xəbər lenti