Rusiyada atışma: Hərbi komissar güllələndi - VİDEO
“Baş verənlər ağlıma sığmır. Mən utanıram ki, bu, əksinə, həmrəy olmalı olduğumuz bir vaxtda baş verir. Biz bir-birimizlə yox, real təhlükələrə qarşı mübarizə aparmalıyıq”, - qubernator öz Telegram kanalında yazıb.
İrkutsk vilayətinin qubernatoru da təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə göstəriş verib və bölgə sakinlərini sakit olmağa çağırıb.Hüquq-mühafizə orqanlarındakı mənbə “Kommersant”a bildirib ki, atəş açan şəxs yerli sakindir. O, saxlanılıb. Hadisənin qurbanları və motivləri barədə rəsmi məlumat verilmir.
"Saxlanılan şəxs yerli sakin, işsiz 25 yaşlı Ruslan Zinindir", - mənbə bildirib. Faktla bağlı cinayət işi açıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: