Azərbaycanlı fəal amnistiyaya düşdü

Azərbaycanlı fəal amnistiyaya düşdü
  04 May 2014    Oxunub:1113
Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübariz Hüseyn Əlizadə azadlığa çıxıb.

AzVision.az xəbər verir ki, milli zəmindəki dinc fəaliyyətlərinə görə 1 illik həbs cəzasına məhkum edilən Hüseyn Əlizadə dörd aydan sonra, mayın 2-də amnistiyaya düşərək Təbrizin mərkəzi zindanından sərbəst buraxılıb.Hüseyn Əlizadənin həbsdə saxlandığı müddətdə müxtəlif fiziki və psixi təzyiqlərə məruz qoyulduğu bildirilir.

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları Hüseyn Əlizadəni 2013-cü il dekabrın 24-də iş yerində tutmuşdu. Fəalın konkret nədə günahlandırıldığı bilinməsə də, onun həbsi Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında 1945-ci ildə Təbrizdə qurulmuş Azərbaycan Milli Hökumətinin (21 Azər hərəkatı) 68-ci ildönümü mərasimlərində fəal iştirakı ilə əlaqələndirilir. (Mediaforum)


Teqlər:  





Xəbər lenti