Prezident İlham Əliyev maşın sürdü

Prezident İlham Əliyev maşın sürdü
  01 May 2014    Oxunub:1117
Prezident İlham Əliyev bu gün Ağdaş rayonuna səfəri çərçivəsində Gilan yem emalı zavodunun açılışında iştirak edib.

AzVision.az-ın xəbərinə görə, Prezident İlham Əliyev müəssisədə yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, zavod özündə 2 fabriki birləşdirir.

Dövlətimizin başçısı müəssisəni işə saldı.

İlham Əliyev görülən işlərdən razılığını bildirdi, tövsiyə və tapşırıqlarını verdi.

Daha sonra prezident Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaşda Bayraq Meydanında yaradılan şəraitlə tanış olub.

Dövlət başçısı daha sonra 220 kV-luq “Ağdaş” yarımstansiyasının açılışında iştirak edib. “Azərenerji” SC-nin sədri Etibar Pirverdiyev məlumat verib ki, bu yarımstansiyanın inşası və onun 110 kilovoltluq şəbəkəyə birləşdirilməsi, 220 kilovoltluq ikidövrəli “Abşeron yarımstansiyası - Mingəçevir su elektrik stansiyası” hava xəttinin tikintisi” regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən ən mühüm layihələrdən biridir.

Prezident İlham Əliyev Ağdaşa səfəri zamanı Heydər Əliyev parkında aparılan yenidənqurma işləri ilə də tanış olub.

Eyni zamanda bu gün Ağdaşda Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun açılışı olub. Açılışda prezident İlham Əliyev də iştirak edib.

Azərbaycan Prezidenti yolun rəmzi açılışını bildirən lenti kəsdi, yeni yolda avtomobili idarə etdi.

AzVision.az




Teqlər:  





Xəbər lenti