İsveç Finlandiya və Türkiyəyə NATO ilə bağlı çağırış edib

   İsveç Finlandiya və Türkiyəyə NATO ilə bağlı çağırış edib
  18 Avqust 2022    Oxunub:724
İsveç Türkiyə və Finlandiyanı NATO ilə bağlı yüksək səviyyəli zirvə toplantısı keçirməyə dəvət edib. Söhbət İsveç və Finlandiyanın Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulması üçün ərizələrin verilməsi zamanı üç ölkə arasında əldə olunmuş razılaşmaya əməl olunmasına nəzarətin birgə mexanizminin yaradılması məsələsindən gedir.
Bu barədə “Aftonbladet” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, danışıqlar avqustun 26-da baş tutmalıdır.

“Bu, reallaşacağına ümid etdiyimiz saziş çərçivəsində ilk görüşdür” – deyə, Türkiyənin Xarici İşlər Nazirliyinin İnformasiya Departamentinin direktor müavini Beliz Selasin Rende vurğulayıb.
Qəzetin yazdığına görə, İsveç tərəfi Türkiyə xarici işlər nazirinin müavini Sedat Önala və Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalına dəvət göndərib.

Qeyd olunur ki, Kalın bu ilin iyununda Madriddə NATO-nun sammiti zamanı Finlandiya və İsveçlə əldə olunmuş razılaşmanın hazırlanmasında Türkiyə tərəfdən əsas danışıqlar aparan şəxs olub.


AzVision.az



Teqlər:





Xəbər lenti