Avropa Komissiyası ruslara qarşı viza məhdudiyyətlərini müzakirə edəcək

   Avropa Komissiyası ruslara qarşı viza məhdudiyyətlərini müzakirə edəcək
  18 Avqust 2022    Oxunub:408
Avropa İttifaqının xarici işlər nazirləri avqustun 30-31-də Praqada keçiriləcək qeyri-rəsmi görüşdə ruslara qısamüddətli vizaların verilməsinə məhdudiyyətlərin qoyulmasına dair razılaşdırılmış yanaşmanı müzakirə edəcəklər.
Bunu Avropa Komissiyasının (AK) nümayəndəsi Anita Hipper təsdiqləyib. “Avropa Komissiyası bu sahədə Aİ ölkələrinin əlaqələndirilmiş fəaliyyətlərini təmin etməyə çalışır. Avqustun 30-31-də Praqada Aİ xarici işlər nazirlərinin “Qimniç” qeyri-rəsmi görüşü baş tutacaq və bu görüşdə söhbət həm də Aİ-yə səfər edən rusiyalılar üçün vizalarla bağlı olacaq”-deyə, o bildirib.

Onun sözlərinə görə, Avropa komissarı İlva Yohansson sentyabrın əvvəlində Finlandiya və Latviyaya bu ölkələrin üzləşdiyi çətinlikləri yerində qiymətləndirmək üçün səfər edəcək.


AzVision.az

Teqlər:







Xəbər lenti