Şri-Lankadan qaçan keçmiş prezident ölkəyə qayıdır

Şri-Lankadan qaçan keçmiş prezident ölkəyə qayıdır
  18 Avqust 2022    Oxunub:746
Etiraz aksiyalarından sonra Şri-Lankadan qaçan keçmiş prezident Qotabaya Rajapaksanın gələn həftə ölkəyə qayıdacağı gözlənilir.
Bu barədə xarici işlər naziri Əli Sabri bildirib. Şri-Lanka hökuməti Rajapaksanın geri qayıtması barədə “diplomatik kanallar vasitəsilə” məlumatlandırılıb.

“Rəsmi olaraq biz bu prosesdə iştirak etmirik. O, Şri-Lanka vətəndaşıdır və istədiyi kimi səyahət edə bilər”, - deyə Sabri bildirib. Rajapaksanın əmisi oğlu, Şri-Lankanın Rusiyadakı keçmiş səfiri Udayanqa Viratunqa jurnalistlərə bildirib ki, keçmiş lider avqustun 24-də qayıdacaq.


AzVision.az



Teqlər:





Xəbər lenti