Ərdoğanla Zelenskinin görüşü başa çatıb - YENİLƏNİB

 Ərdoğanla Zelenskinin görüşü başa çatıb -  YENİLƏNİB
  18 Avqust 2022    Oxunub:1609
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkari Volodimir Zelenski arasında görüş başa çatıb.
Türkiyə mətbuatına istinadən xəbər verir ki, liderlər Ukraynadakı müharibəni, o cümlədən taxıl ixracı məsələsini müzakirə ediblər.

***
16:04
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Volodimir Zelenski arasında görüş başlayıb.

Lvovdakı Potoçki sarayında keçirilən ikitərəfli görüşdən sonra BMT Baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüş başlayacaq. Daha sonra liderlərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.

Qeyd edək ki, bu, Ərdoğanın müharibə başlayandan Ukraynaya ilk səfəridir.



AzVision.az



Teqlər:





Xəbər lenti