Kiyevə gizli şəkildə təhlükəli raketlər verilib: Ruslar HARM-dan niyə çəkinirlər?

   Kiyevə gizli şəkildə təhlükəli raketlər verilib:    Ruslar HARM-dan niyə çəkinirlər?
  18 Avqust 2022    Oxunub:2434
Ukrayna Rusiyaya qarşı müharibədə radiolokasiya əleyhinə olan AGM-88 HARM yüksək sürətli anti-radar raketlərindən istifadə etməyə başlayıb. AzVision.az xəbər verir ki, bu barədə "Business Insider" məlumat yayıb.
"Krımdakı partlayışı Ukraynanın elit bölməsi törədib" - The New York Times
Qeyd edilir ki, Ukrayna Silahlı Qüvvələrində belə raketlərin olması artıq Rusiyanın helikopter və təyyarələrdən qorunmaq üçün lazım olan hava hücumundan müdafiə sistemlərinə, həmçinin artilleriya, Amerika MLRS-lərini aşkarlamağa hesablanmış radarlar üçün problemlər yaradır.

Nəşr yazır ki, Pentaqon HARM-ın Ukraynaya ötürülməsini rusiyalı bloqerlərin məlum raketlərin fraqmentlərinin aşkarlanması barədə məlumat yaymasından sonra təsdiqləyib.


HARM güclü silah sayılsa da, o yeni istifadə olunan raketlərdən deyil. Düşmənin hava hücumundan müdafiə sistemlərini zərərsizləşdirmək üçün Amerika təyyarələri AGM-88-dən Liviya, İraq və keçmiş Yuqoslaviya da daxil olmaqla bir sıra əməliyyatlarda istifadə edib. Hazırda bu raketdən ümumilikdə 15 ölkə yararlanır.

AGM-88 Vyetnam müharibəsində müvəffəqiyyətlə istifadə edilən "AGM-45 Shrike"in təkmilləşdirilmiş nəslindəndir. HARM-in modernləşdirilməsi məsafəylə bağlı çatışmazlıqları da aradan qaldırıb.

Raket geniş tezlik diapazonunu əhatə edir və hətta radar söndürüldükdə də radar ötürücüsünün yerini yadda saxlayır. 30 mil məsafə o deməkdir ki, raket bir çox zenit silahlarının əhatə dairəsindən kənarda buraxıla bilər.

HARM-lar hazırda Ukraynaya mərmi və raketlərin uçuşu zamanı onları izləyən, trayektoriyalarını hesablayan və vuran, haubitsa, reaktiv yaylım atəş sistemlərini təyin edən Rusiyanın əks batareya radarlarını vurmağa kömək edir.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Raket   Rusya   Ukrayna   ABŞ  







Xəbər lenti