Danimarka Kraliçası Azərbaycanın dostunu təltif etdi

   Danimarka Kraliçası Azərbaycanın dostunu təltif etdi
  18 Avqust 2022    Oxunub:948
Danimarka parlamentinin sabiq deputatı, hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə edən Hüseyn Arac bu ölkənin ictimai-siyasi və sosial həyatında fəallığına görə Danimarka Krallığının “Şərəf” medalı ilə təltif edilib.
Bu barədə AzVision.az -a Türk Ağsaqqalları Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnur Elturk məlumat verib.

“Hüseyn Arac Danimarkanın Kraliçası Ülyahəzrət II Marqrete tərəfindən “Şərəf” medalı ilə təltif edilib.
Hüseyn Arac Danimarkanın ilk türk əsilli millət vəkilidir. Hazırda Arhus şəhər bələdiyyəsinin üzvüdür.
Hüseyn Arac bir neçə dəfə Azərbaycanda səfərdə olub. Qarabağ işğal altında olduğu zamanlarda Azərbaycanı müdafiə edən açıqlamalar verib.

O, eyni zamanda Azərbaycanda yeni yaranan Türk Ağsaqqalları Birliyi idarə heyətinin üzvüdür. Arac birlik yarandığı gündən ilk mənəvi dəstəyini göstərib”, - Elnur Eltürk deyib.

Hüseyn Araca Demokrat Partiyasından millət vəkili olduğu müddətdə Danimarkanın, Türkiyənin Avropa Birliyinə üzv olması üçün dəstək verib və önəmli fəaliyyətlərə imza atıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti