Tokayevin Azərbaycana səfər tarixi açıqlandı

   Tokayevin Azərbaycana səfər tarixi açıqlandı
  18 Avqust 2022    Oxunub:727
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfər tarixi məlum olub.
AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səfər avqustun 24-də baş tutacaq.

Məlumata əsasən, səfər çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi və strateji tərəfdaşlığın inkişafına dair məsələlər müzakirə olunacaq.

Bundan əlavə, ölkələr arasında bir neçə sənədin imzalanması planlaşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti