İrəvanda matəm günü atəşfəşanlıq edən əcnəbini cərimələdilər

İrəvanda matəm günü atəşfəşanlıq edən əcnəbini cərimələdilər
  18 Avqust 2022    Oxunub:375
Xəbər verdiyimiz kimi İrəvanın "Surmalu" ticarət mərkəzində baş vermiş faciə ilə əlaqədar ölkədə matəm elan olunub. Bu gün isə məlum olub ki, matəm günü atəşfəşanlıq edən şəxs saxlanılaraq cərimələnib.
Ermənistan Polisinin mətbuat xidmətinin yaydığı məlumata görə o, əcnəbi olub.

Məlumatda qeyd edilir ki, avqustun 17- iaxşam saatlarında Ərəbkir inzibati rayonunda atəşfəşanlıq təşkil edilib. Polis Vratsakan küçəsindəki atəşfəşanlığın əcnəbi bir şəxs tərəfindən təşkil edildiyini müəyyən edib. Daha sonra həmin xarici vətəndaş hüquq-mühafizə orqanlarının əməkdaşlarına pirotexniki vasitələr üçün olan boş qutunu göstərib və ölkədə matəm elan olunmasından xəbərinin olmadığını deyib.

Qeyd edək ki, avqustun 14-ü günorta saatlarında İrəvanın “Surmalu” ticarət mərkəzində güclü partlayış və yanğın baş verib. Hadisə nəticəsində 16 nəfər ölüb, 62 nəfər yaralanıb, 2 nəfər isə itkin düşüb.
Ermənistanda 17-18 avqust tarixlərində iki günlük matəm elan edilib.

Tural Tağıyev
AzVision.az

Teqlər:







Xəbər lenti