"Kiyev Quterreşin səfəri zamanı AES-də təxribat törədəcək" - Konaşenkov

  "Kiyev Quterreşin səfəri zamanı AES-də təxribat törədəcək" -      Konaşenkov
  18 Avqust 2022    Oxunub:1358
Rusiya Müdafiə Nazirliyi Ukraynanın təxribat hazırlaması barədə məlumat yayıb. AzVision.az xəbər verir ki, nazirliyin rəsmi nümayəndəsi İqor Konaşenkov bununla bağlı açıqlama verib.
O deyib ki, Kiyev Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşin Ukraynaya səfəri zamanı Zaporojye Atom Elektrik Stansiyasında(ZAES) təxribat hazırlayır.
Rusiyanın məlumatına görə, “təxribat” cümə günü baş tutacaq.

“Kiyev rejimi avqustun 19 - da BMT-nin baş katibi Antonio Quterreşin səfəri zamanı Zaporojye Atom Elektrik Stansiyasında rezonans doğuracaq təxribat hazırlayır. Bunun nəticəsində Rusiya Federasiyası AES- də baş verəcək texnogen fəlakətin yaranmasında günahkar sayılacaq” – Konaşenkov deyib.

Onun sözlərinə görə, guya Ukrayna Silahlı Qüvvələrinin artileriyası Nikopol şəhərində yerləşən atəş mövqelərindən ZAES-ə zərbələr yetirəcək. Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının 704-cü qoşun alayının bölmələri ZAES bölgəsində öz qüvvələrini yerləşdirməyə hazırlaşırlar. Ukrayna Zaporojye AES-də baş verəcək qəza faktını qeydə almaq, habelə onun ehtimal olunan nəticələrinin aradan qaldırılmasını nümayiş etdimək üçün bir sıra tədbirlər həyata keçirəcək.

Şəms Şahinli
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  





Xəbər lenti