MN: "Ölkəmizin hava məkanı etibarlı müdafiə olunur" - VİDEO

      MN:    "Ölkəmizin hava məkanı etibarlı müdafiə olunur" -    VİDEO
  18 Avqust 2022    Oxunub:962
Hərbi Hava Qüvvələrinin Hava Hücumundan müdafiə bölmələrində sutkaboyu fasiləsiz olaraq xidmət aparılır, hava məkanımız daima izlənilir və müvafiq tədbirlər görülür.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Yüksək döyüş hazırlığının nəticəsidir ki, hava hücumundan müdafiə bölmələrinin sayıqlığı sayəsində avqustun 13-ü Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərən qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter aşkar edilmiş və xüsusi üsulla endirilərək ələ keçirilmişdir.

Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində döyüş növbətçiliyi aparan Ordumuzun şəxsi heyəti istənilən təxribatın qarşısını almağa hazırdır.



AzVision.az



Teqlər:





Xəbər lenti