“TikTok” ödənişli siyasi postlar paylaşılmasına qadağa qoyacaq

“TikTok” ödənişli siyasi postlar paylaşılmasına qadağa qoyacaq
  18 Avqust 2022    Oxunub:1184
ABŞ-da noyabr ayında keçiriləcək aralıq seçkilərinə hazırlıq olaraq sosial şəbəkə istifadəçilərinin “TikTok” proqramında pullu siyasi postlar yerləşdirilməsinin qarşısı alınacaq. AzVision.az xəbər verir ki, bu barədə “Tik Tok” şirkəti məlumat yayıb.
Tənqidçilər və hüquqşünaslar isə sözügedən platforma və digər sosial media şirkətlərini, o cümlədən Meta Platforması, Twitter tətbiqlərini siyasi dezinformasiyanın və bölücü məzmunlu paylaşımların yayılmasının qarşısını almaq üçün çox az iş görməkdə ittiham edirlər.

“TikTok” 2019-cu ildən pullu siyasi reklamları qadağan etməsinə baxmayaraq, siyasi kampaniya aparan strateqlər siyasi məsələləri təbliğ etmək üçün nüfüzlu şəxslərə pul ödəməklə bu qadağanı pozdular.

“TikTok”-un ABŞ təhlükəsizliyi üzrə rəhbəri Erik Han isə brifinqdə jurnalistlərə deyib ki, ödənişli siyasi məzmunun dərc edilməsi tətbiqin siyasətinə ziddir.

"Biz bunu 2020-ci ildə bir problem olaraq gördük. Əgər bununla üzləşdiksə, demək ki bu problemi platformamızdan yox etməliyik", - Han deyib

O, məlum məsələnin yaratdığı boşluğu aradan qaldırmaq üçün davamlı olaraq brifinqlər keçirir.
Qeyd edək ki , ”TikTok” şirkəti öz qərarını Meta və Twitter-dəki oxşar yeniləmələrdən sonra yayımladı.
Facebook və Instagram-ın sahibi olan Meta, çərşənbə axşamı bəyan edib ki, siyasi reklam verənlərin seçkidən bir həftə əvvəl yeni reklamlar yayımlamasını məhdudlaşdıracaq. Bu qadağa 2020-ci ildə də qeydə alınmışdı.

Şəms Şahinli
AzVision.az



Teqlər: ABŞ   Seçki   Reklam  





Xəbər lenti