Yataqxanaya raket zərbəsi endirilib: 18, yaralı 1 ölü

Yataqxanaya raket zərbəsi endirilib:   18, yaralı 1 ölü
  18 Avqust 2022    Oxunub:896
Bu gün səhər saatlarında Ukraynanın Xarkov vilayətinə raket hücumu olub. AzVision.az xəbər verir ki, bu barədə Xarkov Vilayəti Hərbi Administrasiyasının sədri Oleq Siniqubov məlumat yayıb.
Qeyd edilir ki, raket zərbələri nəticəsində 1 nəfər həlak olub, 18 nəfər yaralanıb.

"Rus işğalçıları səhər saatlarında Xarkov şəhərinin Sloboda rayonundakı yataqxanaya zərbə endiriblər. Hazırda 18 nəfər yaralanıb, onlardan 2-si uşaqdır. 1 nəfər ölüb. Rusiya terrorunun sərhədi yoxdur!", - Xaekov rəsmisi sosial şəbəkələrdə yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti