General: "DSX-nın maddi-texniki bazası daimi olaraq yenilənir"

      General:    "DSX-nın maddi-texniki bazası daimi olaraq yenilənir"
  18 Avqust 2022    Oxunub:375
"Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası daimi olaraq yenilənir".
Bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bildirib. DSX rəisinin sözlərinə görə, sərhəd bölmələri müasir silahlarla, döyüş texnikaları ilə, xüsusi avadanlıqlarla, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat, sualtı əməliyyat və müşahidə vasitələrilə, istehkam avadanlıqları və qoruyucu vasitələrlə təmin edilirlər:

"Dövlət sərhədlərinin etibarlı mühafizəsi həlledici dərəcədə sərhədçilərin peşəkarlığından, sərhəd bölmələrinin peşəkar kadr heyəti ilə komplektləşməsindən asılıdır. Dövlət Sərhəd Xidmətinin fəaliyyətində kadr hazırlığı çox əhəmiyyətli və xüsusi diqqət yetirilən bir sahədir".

AzVision.az

Teqlər:







Xəbər lenti