Obama və Merkel Abenin dəfnində iştirak edə bilərlər

   Obama və Merkel Abenin dəfnində iştirak edə bilərlər
  18 Avqust 2022    Oxunub:585
Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin rəsmi dövlət dəfn mərasimi bir çox beynəlxalq qonaqlar üçün açıqdır.
“Nikkei” məşrinin məlumatına görə, tədbirdə 6 minə yaxın insan, o cümlədən 100-dən çox xarici nümayəndə heyəti iştirak edəcək. Qeyd edildiyi kimi, xüsusilə ABŞ-ın keçmiş prezidenti Barak Obama, Almaniyanın keçmiş kansleri Angela Merkel, Fransa lideri Emmanuel Makron və Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax Tokioya gələ bilərlər.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp da mərasimdə iştirak etmək istəyib, lakin onun səfəri şübhə altındadır, çünki Yaponiya tərəfi dəvətləri şəxslərə deyil, konkret dövlətlərə göndərib.

AzVision.az


Teqlər:





Xəbər lenti