Şabranda baş verən yanğın qaz təsərrüfatına da zərər vurdu

Şabranda baş verən yanğın qaz təsərrüfatına da zərər vurdu
  17 Avqust 2022    Oxunub:822
15.08.2022-ci il tarixdə Şabran rayonunda yanğın səbəbindən fövqəladə vəziyyət elan olunduğu və Yanğın təhlükəsizliyi baxımından Xaçmaz Regional qaz istismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində “Taxtalar” QPS-dən qidalanan Zeyvə , Kirvar kəndləri istiqamətində çəkilmiş 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırıldığı haqqında məlumat verilib.
“Azəriqaz” İstehsalat Birliyindən AzVision.az -a verilən xəbərə görə, yanğın hələ də davam etdiyi üçün Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan , Zeyvə və Kirvar kəndlərinin qaz təchizatı bərpa olunmayıb.

Qaz təsərüfatına dəymiş ziyanla bağlı 4 ədəd sonradan ödənişli (mexaniki tipli) qaz sayğacı yanaraq istismardan çıxıb. Yanan sayğaclardan 3 ədədi yenisi ilə əvəz olunub, 1 ədədi isə fərdi yaşayış evinin tamami ilə yanması səbəbindən əvəz edilməyib.

AzVision.az





Teqlər:





Xəbər lenti