Azad olunan Şuşada ilk nişan

Azad olunan Şuşada ilk nişan
  17 Avqust 2022    Oxunub:1755
Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsində maraqlı anlar yananıb. Belə ki, Azərbaycanın mədəniyyət paytaxtında 30 ildən sonra ilk evlilik təklifi olub.
Diaspor gəncləri evlilik üçün ilk addımlarını atıblar. Belə ki, Litvada yaşayan azərbaycanlı gənc Samir Finlandiyadan gəlmiş Şəfiqəyə evlilik təklifi edib. Gənc xanım bu təklifi müsbət qiymətləndirib.

Dünyanın dörd bir yanından Şuşaya gələn azərbaycanlı gənclər cütlüyün sevincinə şərik olublər.
Şuşada evliliyə ilk addımı atan gənclərə yeni sevgi hekayələrində xoşbəxtliklər arzu edirik!

AzVision.az


Teqlər:





Xəbər lenti