"Ermənistan idarə olunan xaosdadır" - Asatryan

  "Ermənistan idarə olunan xaosdadır" -    Asatryan
  17 Avqust 2022    Oxunub:535
Ermənistan İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra hələ də qara zolaqdan çıxa bilmir. Erməni ziyalılar, siyasətçilər, ümumilikdə bütün cəmiyyət Ermənistanın tarixinin ən ağır dönəmini yaşadığını deyirlər.
Ermənilər "Surmalu" faciəsində İran amilini üzə çıxardılar
Məsələn keçmiş qondarma rejim “Dağlıq Qarabağ respublikası”nın "müdafiə nazirliyi"nin mətbuat katibi olmuş Senyor Asatryan ölkəsi və xalqı ilə bağlı baş verən son neqativ hadisələri şərh edərkən İrəvanın böyük xaosu xatırlatdığını deyib.

- Bir müddət əvvəl göllə bağlı qalmaqaldan danışdıq. Daha sonra Fərrux hadisələri şiddətləndi və göl hadisəsini unutduq... Bu yaxınlarda da güclü toqquşmalar qeydə alındı. Bu dəfə də Fərruxu unutduq getdi. Sonra Laçında məskunlaşdırılmış ermənilərin evakuasiyası məsələsi meydana çıxdı və Zabux da gündəmə gətirildi. Beləcə toqquşmalardan sonra əldən verdiyimiz yüksəklikləri unutduq... İndi də "Surmalu" faciəsi baş verdi, Laçın və Zabuxun təhvil verilməsi məsələləri ilə bağlı hadisələr ikinci plana atıldı. Bu gün "Surmalu"nun yarası hələ də açıqdır və bizi metroya bomba qoyulması xəbərləri ilə hədələyirlər... Bundan sonra nələrin olacağını isə sabah göstərəcək. Amma mən əminəm ki, bu nəzarətdən çıxan deyil, idarə olunan xaosdur, - Asatryan ölkəsinin düşdüyü ağır durumdan gileylənib.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan   Xaos  







Xəbər lenti