Cənubi Koreya Ukrayaya silah göndərəcək?

Cənubi Koreya Ukrayaya silah göndərəcək?
  17 Avqust 2022    Oxunub:691
Cənubi Koreyanın prezidenti Yun Sok Yol Ukraynaya yenidənqurma üçün yardım göstərməyə hazır olduğunu açıqlasa da, rəsmi Kiyevə silah tədarükünün mümkünlüyü ilə bağlı suala cavab verməyib.
“Hücum silahı və ya hərbi yardımın verilməsi ilə bağlı burada və indi nəsə demək mənim üçün çətindir”-deyə, o bildirib.

Eyni zamanda, o, qeyd edib ki, ölkəsi Ukrayna xalqının azadlığını və milli sərvətlərini ən qısa zamanda bərpa etməsi üçün bütün səyləri göstərir. Cənubi Koreya lideri vurğulayıb ki, Ukrayna münaqişəsi ilə bağlı vəziyyətdə Seul beynəlxalq ictimaiyyətin digər nümayəndələrinin addımlarına uyğun hərəkət edir.


AzVision.az



Teqlər:





Xəbər lenti