Moskva Paşinyanın Dövlət Departamenti ilə gizli əlaqələrini ifşa edib

   Moskva Paşinyanın Dövlət Departamenti ilə    gizli əlaqələrini ifşa edib
  17 Avqust 2022    Oxunub:1336
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya mediasında ciddi tənqid atəşinə tutulub. AzVision.az xəbər verir ki, Rusiyanın erməni əsilli media meneceri Aram Qabrielyanov Kremlin İrəvan rəhbərindən qıcıq olduğunu yazıb.
İrəvanda artan terror təhdidləri çevrilişə hesablanıb?
O, qeyd edib ki, Rusiyada Nikolun və onun yaxın ətrafının davranışlarından həddindən artıq beziblər. Yenicə məlum olub ki, Paşinyanın ABŞ Dövlət Departamenti ilə birbaşa məxfi əlaqələri olub. Ermənistan - Türkiyə yaxınlaşması və Qarabağ məsələsi ilə bağlı baş nazirin müavini Qriqoryanın, xarici işlər naziri Mirzoyanın və xarici işlər nazirinin müavini Rubinyanın danışıqları, Rusiyanın iştirakı ilə aparılan bütün danışıqlar, o cümlədən iki ölkənin rəhbərləri arasında baş tutan telefon danışıqlarının stenoqramı şəxsən Paşinyana təqdim edilir.

Bura Paşinyanla və Rusiya prezidenti Vladimir Putinin ünsiyəti də aiddir. Qabrielyanov iddia edir ki, Nikol bütün bu sənədləri Təhlükəsizlik Şurasının katibi, Baş Qərargahın keçmiş rəisi Movses Akopyanın əmisi oğlu Qriqoryana verir. O isə məlum məxfi məlumatları amerikalıların ona verdiyi xüsusi noutbukla gizli əlaqə quraraq Dövlət Departamentinə ötürür.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Moskva  





Xəbər lenti