Əri ilə mübahisə edən qadın uşaqlarını öldürdü

 Əri ilə mübahisə edən qadın uşaqlarını öldürdü
  17 Avqust 2022    Oxunub:1340
Hindistanda əri ilə mübahisə etdikdən sonra qadın iki oğlu və bir qızını zəhərləyib.
Bu barədə “India Today” məlumat yayıb. İki oğlan usage xəstəxanaya aparılarkən yolda, qız isə həkimlərin ona kömək etmək cəhdlərinə baxmayaraq dünyasını dəyişib. Polis uşaqların anasını həbs edib, ona qarşı cinayət işi başlanıb.

O, mübahisədən sonra ərinə qəzəbləndiyini və ondan bu yolla qisas almaq qərarına gəldiyini bildirib. Qeyd olunub ki, qadın uşaqlara alüminium fosfid verib.

AzVision.az


Teqlər:





Xəbər lenti