BBC “Azərbaycan möcüzələri”ni göstərəcək

   BBC “Azərbaycan möcüzələri”ni göstərəcək
  17 Avqust 2022    Oxunub:939
Britaniyanın BBC teleşirkəti "İpək Yolu - Azərbaycan möcüzələri" adlı silsilə veriliş təqdim edəcək.
AzVision.az xəbər verir ki, bu barədə BBC teleşirkəti məlumat verib.

Proqramda tarixçi Bettani Hyuzun Qobustan və Şəkiyə səfəri əks olunur. Səyyah səhraya bənzəyən Qobustan çöllərində 40 min illik qeyri-adi qayaüstü rəsmlər barədə izləyicilərinə məlumat verir. Daha sonra o, şimala, qədim İpək Yolu ilə səyahət edən tacirlər üçün mühüm dayanacaq olan Şəkiyə gedir və hələ də ənənəvi üsulla ipək istehsal edən toxucularla qarşılaşır. Bettani, həmçinin Şəki xan sarayını araşdırır.

Verilişin yayımı avqustun 20-nə planlaşdırılıb.

Qeyd edək ki, verliş tarixçi, yazıçı, jurnalist, professor Bettani Hughes tərəfindən təqdim olunacaq. O, indiyə qədər "National Geographic", "Discovery", "PBS", "Channel 4", "Netflix"," ITV" və "History Channel" üçün 50-dən çox televiziya və radio sənədli filmi çəkib. Onun proqramları dünyada 250 milyondan çox tamaşaçı tərəfindən izlənilib.

AzVision.az


Teqlər:





Xəbər lenti