Pakistanda avtobusla yük maşını toqquşub: 20 ölü

Pakistanda avtobusla yük maşını toqquşub:   20 ölü
  16 Avqust 2022    Oxunub:1137
Pakistanın şərqindəki Pəncab əyalətində sərnişin avtobusu ilə benzin daşıyan yük maşınının toqquşması nəticəsində 20 nəfər ölüb, daha 6 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, avtobus Pəncab əyalətinin inzibati mərkəzi Lahordan Sind əyalətinin mərkəzi Kəraçiyə gedərkən Pəncabın Cəlalpur-Pirvala rayonunda magistral yolda yanacaq daşıyan yük maşını ilə toqquşub, nəticədə güclü yanğın baş verib. Hadisə zamanı avtobusun 18 sərnişini həlak olub.

Əraziyə yol polisi və xilasedicilər gəlib. Yaralılardan 8-i yaxınlıqdakı xəstəxanaya çatdırılıb, onlardan ikisi həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Xilasedicilərin verdiyi məlumata görə, avtobusda sürücü, konduktor və 24 sərnişin olub.
AzVision.az



Teqlər:





Xəbər lenti