İrəvanda artan terror təhdidləri çevrilişə hesablanıb?

   İrəvanda artan terror təhdidləri    çevrilişə hesablanıb?
  16 Avqust 2022    Oxunub:1295
İrəvanın müxtəlif yerlərinin minalanması xəbərlərinin arxasında baş nazir Nikol Paşinyanı devirmək istəyən qüvvələr dayana bilər. Onlar Yerevanda panika yaratmaqla Paşinyanın mövqelərini zəiflətməyi planlaşdırırlar.
Ermənistanda bir gündə üçüncü terror xəbərdarlığı
AzVision.az xəbər verir ki, bu fikirləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu səsləndirib. O qeyd edib ki, “Qarabağ klanının” timsalında radikal müxalifət Paşinyanı parlamentə istefaya məcbur edə bilmədi.

- Radikal müxalifət aylarla küçə yürüşləri və mitinqlər keçirdi, yenə nəticə əldə etmədi. Ermənistan vətəndaşları radikal müxalifətə dəstək vermədi. Görünür, radikal müxalifətin daha radikal qanadı ən son üsüla əl atıb: terror. Metronun və hava limanının minalanması xəbərdarlıqlarından sonra Nikol Paşinyana qarşı sui-qəsdin həyata keçirilməsi də mümkündür. Metroda mina həyəcanı Paşinyana xəbərdarlıqdır. Nikol Paşinyan təhlükəsizliyinin artırılması barədə düşünməlidir,- politoloq deyib.

Xatırladaq ki, avqustun 14-də günorta İrəvanda “Surmalu” ticarət mərkəzində güclü partlayış və yanğın baş verib. Rəsmi məlumata görə, hadisə nəticəsində 16 nəfər ölüb, 3 nəfər itkin düşüb, 62 nəfər xəsarət alıb, 7 nəfər müxtəlif tibb məntəqələrində müalicə olunur.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Politoloq   Terror  





Xəbər lenti