İrəvan "Surmalu" hadisəsinə görə matəm elan etdi

İrəvan "Surmalu" hadisəsinə görə matəm elan etdi
  16 Avqust 2022    Oxunub:445
“Surmalu” ticarət mərkəzində baş vermiş faciə ilə əlaqədar Ermənistanda avqustun 17-18-də iki günlük matəm elan edilib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“2022-ci il avqustun 14-də “İrəvan Konserv Zavodu” QSC-nin ərazisində baş vermiş yanğın və partlayış nəticəsində həlak olan vətəndaşların xatirəsinə 2022-ci il avqustun 17 və 18-də Ermənistan ərazisində matəm elan edilsin”, - erməni Baş nazir Nikol Paşinyanın imzaladığı qərarda deyilir.

Xatırladaq ki, avqustun 14-də günorta İrəvanda “Surmalu” ticarət mərkəzində güclü partlayış və yanğın baş verib. Rəsmi məlumata görə, hadisə nəticəsində 16 nəfər ölüb, 3 nəfər itkin düşüb, 62 nəfər xəsarət alıb, 7 nəfər müxtəlif tibb məntəqələrində müalicə olunur.

AzVision.az

Teqlər: Matəm  







Xəbər lenti