Ukrayna İtaliyadan 15 illik 200 milyon avro kredit aldı

Ukrayna İtaliyadan 15 illik 200 milyon avro kredit aldı
  16 Avqust 2022    Oxunub:1080
Ukrayna İtaliyadan sərfəli şərtlərlə 200 milyon avro məbləğində kredit alıb.
Bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb. Kredit müqaviləsinin şərtlərinə əsasən, vəsait sıfır faiz dərəcəsi ilə 15 il müddətinə (kreditin ödənilməsinin təxirə salınması üçün güzəşt müddəti nəzərə alınmaqla - 7,5 il) verilir.

Əldə edilən vəsait ümumi orta təhsil müəssisələrinin müəllimlərinin əmək haqqının ödənilməsinə yönəldiləcək. Kredit müqaviləsi avqustun 5-də imzalanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti