ABŞ-da xəstəxana yaxınlığında atışma: 6 nəfər yaralanıb

ABŞ-da xəstəxana yaxınlığında atışma:    6 nəfər yaralanıb
  16 Avqust 2022    Oxunub:439
ABŞ-ın Tennessi ştatının Memfis şəhərində Şimal Metodist Xəstəxanası yaxınlığında baş verən atışma nəticəsində 6 nəfər yaralanıb.
Bu barədə CNN həkimlər və hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən xəbər verib. Polisin məlumatına görə, qara yolsuzluq avtomobilində olan naməlum şəxslər atəş açıblar.

Eyni zamanda, yaralanan 3 şəxsin saxlanıldığı barədə məlumat verilib. Buna səbəb kimi onlarda oğurlanmış avtomobilin olması göstərilir. Həkimlər xəsarət alanlardan dördünün vəziyyətinin ağır olduğunu bildiriblər.

AzVision.az

Teqlər:







Xəbər lenti