1 Mayda hava necə olacaq?

1 Mayda hava necə olacaq?
  30 Aprel 2014    Oxunub:850
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumatına görə, səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Gün ərzində mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 10-14, günün birinci yarısında 20-24 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacağı, qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti