Tramp: "ABŞ ordusu Talibana 85 milyardlıq silah verdi"

      Tramp:    "ABŞ ordusu Talibana 85 milyardlıq silah verdi"
  16 Avqust 2022    Oxunub:464
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Əfqanıstanda hakimiyyət dəyişikliyinin ildönümü ilə bağlı diqqətçəkən açıqlamalar verib. O deyib ki, hazırkı prezident Co Baydenin dövründə ordu Əfqanıstandan çıxdıqdan sonra Pentaqon Talibana dünyanın ən yaxşı silahlarını təhvil verib gedib.
Bu silahların dəyəri isə 85 milyard dollardan çox olub.

Onun sözlərinə görə, bir il əvvəl baş tutan ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması prosesi Amerika tarixində ən biabırçı, bacarıqsız və alçaldıcı hadisə olub.

ABŞ-ın keçmiş prezidenti onu da xatırladıb ki, qoşunların Əfqanıstandan çıxarılması 13 ABŞ hərbçisinin ölümü ilə müşayiət olunub.

Tural Tağıyev
AzVision.az

Teqlər:







Xəbər lenti