Ermənistanda bir gündə üçüncü terror xəbərdarlığı

   Ermənistanda bir gündə    üçüncü terror xəbərdarlığı
  16 Avqust 2022    Oxunub:427
Ermənistanda bir gündə üçüncü dəfə terror həyəcanı yaşanıb. AzVision.az xəbər verir ki, Ermənistan Fövqəladə Hallar Nazirliyinin regional xidmətinə Gümrü vergi müfəttişliyinin minalanması barədə siqnal daxil olub.
İrəvan metrosu terror xəbərdarlığına görə fəaliyyətini dayandırdı
Şirak Regional Xilasetmə İdarəsinin rəisi Aleksan Gezalyan deyib ki, hazırda əraziyə xüsusi qruplar cəlb edilib, binalar boşaldılıb və istehkamçılar axtarış işləri aparırlar.

Onun sözlərinə görə, partlayıcı qurğu ilə bağlı məlumat bir gün əvvəl də daxil olubmuş, lakin informasiyanın yalan olması üzə çıxıb.

Xatırladaq ki, bundan öncə Fövqəladə Hallar Nazirliyinə Zvartnots beynəlxalq hava limanının və bütün metro stansiyalarının minalanması barədə siqnal daxil olub. Sonradan məlumatın yalan olduğu məlum olub. Lakin bəzi metro stansiyalarında yoxlamalar hələ də davam edir.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan   Terror  







Xəbər lenti