Ölkə tarixində ilk: Xalq qurultayının çağırılması haqqında fərman

      Ölkə tarixində ilk:    Xalq qurultayının çağırılması haqqında fərman
  16 Avqust 2022    Oxunub:738
Qırğız Respublikasının Prezidenti Sadır Japarov ölkənin tarixində ilk dəfə olaraq xalq qurultayının çağırılması haqqında fərman imzalayıb.
AzVision.az Qırğızıstan mediasına istinadla xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, xalq qurultayı ictimai inkişaf istiqamətləri üzrə ictimai-təmsilçiliyə əsaslanan məsləhətçi, müşahidəçi yığıncaqdır. Prezident bu addımı milli həmrəyliyi daha da möhkəmlətmək, vətəndaş cəmiyyətini konsolidasiya etmək və respublikada sosial səfərbərliyi təşviq etmək məqsədilə atıb.

Fərmana əsasən, birinci xalq qurultayı 2022-ci il noyabrın 25-də Bişkekdə keçiriləcək. Respublikanın dövlət katibi Suyunbek Kasmambetov təşkilat komitəsinin rəhbəri seçilib.

Qırğız Respublikasının qanunvericiliyinə uyğun olaraq, xalq qurultayı məşvərətçi orqan statusuna malikdir.

AzVision.az


Teqlər:





Xəbər lenti