İrəvanda dağıntılar altından hamilə qadının meyiti çıxarılıb

   İrəvanda dağıntılar altından hamilə qadının meyiti çıxarılıb
  16 Avqust 2022    Oxunub:934
İrəvanda “Surmalu” ticarət mərkəzinin dağıntıları altından hamilə qadın və onun azyaşlı uşağının meyiti çıxarılıb. AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın fövqəladə hallar naziri Armen Pambuxçyan sosial şəbəkədə məlumat yayıb.
İrəvanda partlayışda ölənlərin sayı 15-ə çatdı
“Gecə boyu işlər bir saniyə belə dayanmayıb, xilasedicilər daha 8 meyit (ümumilikdə onların sayı 15-ə çatıb-red.), o cümlədən azyaşlı uşaq və hamilə qadının meyitləri aşkar ediblər”, - nazir yazıb.

Qeyd edək ki, avqustun 14-ü günorta saatlarında İrəvanın “Surmalu” ticarət mərkəzində güclü partlayış və yanğın baş verib. Partlayışın pirotexnik vasitələrin satıldığı mağazada yarandığı deyilir.
Fövqəladə Hallar Nazirliyi isə terror aktı versiyasını istisna edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İrəvan   Dağıntı  





Xəbər lenti