İrəvanda partlayışda ölənlərin sayı 15-ə çatdı

   İrəvanda partlayışda ölənlərin sayı 15-ə çatdı
  16 Avqust 2022    Oxunub:797
Ermənistanın paytaxtı İrəvandakı "Surmalu" ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, ölənlərdən 9-nun şəxsiyyəti hələ müəyyən edilməyib. Onlardan biri uşaqdır.

Qeyd edək ki, avqustun 14-də günorta İrəvanda “Surmalu” ticarət mərkəzində güclü partlayış və yanğın olub. Hadisə nəticəsində daha 62 nəfər yaralanıb.

Hadisə pirotexnik məhsulların mağazasında baş verib.

AzVision.az


Teqlər:





Xəbər lenti