“Pfizer” rəhbəri dörd peyvənddən sonra koronavirusa yoluxdu

   “Pfizer” rəhbəri dörd peyvənddən sonra koronavirusa yoluxdu
  15 Avqust 2022    Oxunub:744
Amerikanın “Pfizer” əczaçılıq korporasiyasının baş icraçı direktoru, dörd dəfə koronavirusa qarşı peyvənd olunan Albert Burla COVID-19-a yoluxub.
O, bu barədə “Twitter”də məlumat verib. “Sizə məlumat vermək istərdim ki, koronavirus üçün testim müsbət çıxmışdı. Dörd doza Pfizer-BioNTech peyvəndi aldığıma görə minnətdaram, özümü yaxşı hiss edirəm, çox yüngül simptomlar var. Özümü təcrid edirəm və Paxlovid qəbul etməyə başladım”, - Burla yazıb.

Cons Hopkins Universitetinin məlumatına görə, pandemiyanın başlanğıcından bəri ABŞ-da 92 milyondan çox insan koronavirusa yoluxub, bir milyondan çox virusdan ölüb.


AzVision.az



Teqlər:





Xəbər lenti